Saytlara texniki dəstək

Bir çox şirkətlər sayt hazırlanması zamanı xidmət təklif edən şirkətin tarixçəsinə, əl işlərinə, müştərilərinin rəylərinə fikir vermədən seçim edir. Bu isə öz növbəsində əksər hallarda eyni şirkət üçün ikinci dəfə xərc çəkilməsinə gətirib çıxarır. 

İstənilən şirkətin işləyən veb-saytı yüksək keyfiyyətli texniki dəstəyə ehtiyacı var. Buna lazımi diqqət yetirməsəniz, veb resursun reytinqi, onun davamiyyəti və nəticədə kommersiya faydaları azala bilər. Hətta kiçik bir dəyişiklik - şəkil əlavə etmək, məqalə yerləşdirmək və ya sadəcə şriftin dəyişdirilməsi - xüsusi bilik tələb edir. Veb resurslarının idarə edilməsi sistemini ən xırda detallarına qədər peşəkarlara həvalə edin.

TechUp-a müraciət edərək saytınız üçün yüksək keyfiyyətli texniki dəstək ala bilərsiniz. Təqdim etdiyimiz xidmətlərin siyahısına aşağıdakılar daxildir:

  1. Veb saytın 24/7 fasiləsiz işləməsi.
  2. Veb sayta yeni səhifələrin əlavə olunması.
  3. Veb saytda mövcud problemlərin həll edilməsi.
  4. Veb saytın dizaynın yenilənməsi.
  5. Haker hücumlarından qorunma, saytın viruslardan təmizlənməsi.
  6. Proqram kodu üzərində iş, onun təkmilləşdirilməsi və mövcud standart və normalara uyğun yenilənməsi.
  7. Backup-un saxlanılması