Müasir internet dünyasında vebsaytlar şirkətlər və müştərilər arasındakı ən güvənli əlaqə vasitəsi hesab olunur. Bu da müştərilərdə öz ödənişlərini və ya pulla bağlı digər əməliyyatlarını da sayt üzərindən etmələri üçün stimul yaradır.
Sayt üzərindən edilən ödənişlər həm müştərilərin öz vaxtlarına qənaət etmələrinə, həm də əməliyyatların daha dəqiq və güvənli şəkildə yerinə yetirilməsinə səbəb olur. Vebsaytınızda online ödəniş sistemlərinin əsas məqsədi həm şirkətiniz, həm də müştəriləriniz üçün əlçatan, rahat bir alət yaratmaqdır.
— Saytınızla dünyanın hər yerindən ödəmə qəbul etmə imkanı
— Sürətli və istifadəçi dostu interfeys
— Anında avtomatlaşdırılmış email təsdiq bildirişi
— Banklar tərəfindən 3D şifrələnmə və yüksək təhlükəsizlik
— Məlumatların səliqəli şəkildə toplanması və idarə panelinizə ötürülməs