SEO xidməti ilə Siz, veb-saytınızın istifadəçilərin axtardıqları açar sözlərə uyğun ilk sıralarda çıxması və veb-saytınıza trafikin artırılmasını təmin edə bilərsiniz. Əgər veb-saytınızın uyğun açar sözlərdə ilk sıralarda çıxmasını istəyirsinizsə, mütləq ya şirkətdaxili SEO komandası qurmalı ya da kənardan SEO xidmeti almalısınız. Unutmayın ki, dünyada sürətlə gedən rəqəmsallaşma prosesi, sizin öz biznesinizi həm rəqəmsallaşdırmağa, həm funksional veb-sayta sahib olmağa, həmdə SEO xidməti almağa məcbur edir və ya edəcək. Əgər vebsaytınız varsa, elə isə gecikmədən SEO xidməti almağa tələsin!
*SEO xidməti rəsmi müqavilə əsasında həyata keçirilir və SEO xidmeti, saytdan asılı olaraq minimum 6 ay davam edir.
Bizdən SEO xidməti sifariş etdikdə, ilk öncə veb-saytınızı audit və analiz edirik. Saytınızda mövcud olan boşluqları aşkar edərək, onların həlli istiqamətində xüsusi strategiya hazırlayırıq. Daha sonra müştərilərinizin sizi rahatlıqla axtarış zamanı tapması üçün uyğun açar sözləri araşdırırıq və tətbiq edirik. SEO xidmeti olaraq fəaliyyət istiqamətimiz üç istiqamətdə davam edir:
Sayt ziyarətçilərinin saytda rahat gəzinmələri üçün veb səhifənin sürətli və texniki cəhətdən optimallaşdırılmış olması vacibdir. Veb-səhifənin texniki təkmilləşdirməsi üçün uyğun olan hissələrinin müəyyən edilməsi və lazımı təkliflərin hazırlanıb tətbiq edilməsi texniki optimizasiya adlanır. Bu, veb səhifənin yükləmə sürəti performansı, sayta giriş sürəti, fayl ölçüləri, Javascript, CSS və HTML xətaları verən hissələr və pozulmuş keçidlərin hesabatı deməkdir. Texniki SEO xidmeti prosesini biz, veb developerlərlə birgə həyata keçiririk.
Veb-saytın təməlinin yaradılması ilə bağlı görülən işlərin hamısına On-page SEO deyilir. Bu prosesdə bəzi SEO alətlərindən istifadə edilir. Veb-saytın texniki xətaları və veb-sayt performansı Ahrefs, Deepcrawl, Botify, Semrush, Ubersuggerts və s. kimi SEO alətləri ilə yoxlanılır. Bu yoxlamalar nəticəsində bəzi təkmilləşdirmə tətbiqləri icra olunur. On-page SEO xidmeti ilə əsas olaraq Google tərəfindən veb-saytın daha yaxşı anlamasını təmin etmək, yəni onu daha asan və tez indeksləşdirmək və Google-a gün ərzində veb-saytda daha çox səhifə taramasına imkan verməkdir. SEO xidmeti həmişə davam edir. Çünki bəzi fəaliyyət sektorlarındsa trendlər zamanla dəyişə bilir. Zamanla dəyişən trendlərə uyğun olaraq SEO xidmeti zamanı biz, trendləri izləyib, sizin veb saytınızda tətbiq edirik.
Veb-saytın On-page SEO işlərini bitirdikdən sonra saytdan kənar, yəni Off-page SEO işlərinə başlayırıq. Bu SEO xidmeti zamanı saytın tanınması və domen reytinqi (domain score) yüksək olan əlaqəli veb-saytlardan “backlink”lər alınır. Və bu “backlink”lər sayəsində veb-saytınızın trafiki artır və Google tərəfindən reytinqiniz yüksəlir. Nəticə olaraq SEO xidmeti ilə veb-saytınızın axtarışlarda ilk sıralarda çıxma prosesi sürətlənir. SEO xidmeti zamanı veb saytınızın daha etibarlı olması, Googlenun veb saytınıza güvənməsi üçün vacib olan bütün addımları atırıq.
• Veb saytınızın təhlil və analiz edilməsi
• Rəqib saytların SEO analizi və təhlili
• Açar sözlərin araşdırılması və təyin edilməsi
• Düzgün və uyğun SEO strategiyasının qurulması
• Veb saytınızda olan texniki nasazlıqların aşkarlanması və aradan qaldırılması
• Kontentlərin redaktə edilməsi
• Saytın əlaqəli olduğu sahəyə uyğun SEO əsaslı bloq yazılarının (bloq sayı razılaşma əsasında müəyyən edilir) yazılması
• Backlink analizi və link yerləşdirilməsi
• On-page, Off-page SEO və Technical SEO xidmeti işlərinin görülməsi
• Nəticələrin analiz edilməsi
• Aylıq SEO xidməti hesabatı
SEO xidmeti zamanı işə daha peşəkar yanaşaraq SEO alətlərindən istifadə edirik. İş prosesində rəqib saytların analizi, sektordakı rəqabət və açar sözlərin analizi üçün Semrush alətindən, Backlink, SERP, rəqib analizləri üçün Ahrefs SEO alətindən, rəqib qarşılaşdırması, SERP sıralamasını incələmək üçün Moz RANK-dan, saytdakı linklərdə olan xətaları görə bilməmiz və aradan qaldırmağımız üçün, title, meta tag, Header tagları kimi elementləri görə bilməyimiz üçün Screaming Frog SEO alətindən, istifadəçi analizi üçün Google Analytics, Yandex Metrica, Hotjar kimi bir çox SEO analiz alətlərindən istifadə edirik. SEo xidmeti zamanı bu alətlər vasitəsilə əldə etdiyimiz dataları emal edib, uyğun şəkildə veb saytınızda tətbiq edirik.
Hədəf auditoriyasının müəyyənləşdirilməsi
Açar söz təhlili: SEO xidməti verərkən ən çox diqqət etdiyimiz nüanşlardan biri sektora görə, hədəf auditoriyası üçün uyğun yüksək axtarış həcmi olan açar sözlərə diqqət yetirərək, müvafiq açar söz təhlili aparmaqdır. SEO xidmeti zamanı saytın məzmunu optimizasiya edilir və URL strukturları müəyyən edilmiş açar sözlərə uyğun olaraq yenilənir.
Rəqib analizi: Sektordakı rəqiblərinizi araşdıraraq, müəyyən bir müddət içərisində orqanik trafikinizdə böyümə, orqanik trafikin büdcənizə müsbət əks olunması və axtarış nəticələrində düzgün açar sözlərlə görünmə hədəflənir. SEO xidmeti göstərdiyimiz zaman bütün bu prosesləri diqqətdə saxlayırıq.
Sektor analizi: Rəqib analizinə uyğun olaraq sektorun SEO rəqabət dərəcəsi araşdırılır və SEO xidməti zamanı hədəflər buna uyğun olaraq müəyyən edilir
Kontent optimallaşdırması: Hədəf auditoriyanıza uyğun və yüksək axtarış həcm olan açar sözləri ehtiva edən ziyarətçi dostu kontentlər, SEO dostu kontentlər hazırlanır və veb-saytınızda yerləşdirilir.
Mobil uyğunluq – telefon və planşet ekranlarına görə avtomatik olaraq vebsaytların tənzimlənməsidir. Mobil uyğun vebsayt dizaynı, asanlıqla mobil telefon və ya tablet kimi kiçik ekranlı cihazlarda istifadə edilə bilər. Statistikalara görə mobilə adaptiv olan saytlar, digər saytlardan daha çox ziyarətçi axınına səbəb olur. Buna görə də, SEO xidməti zamanı vebsaytınızın mobilə uyğun olması üçün çalışırıq.
Orqaniktrafik, satışlarda necə əks olunur?
SEO, digər marketinq fəaliyyətləri ilə asan inteqrasiya səmərəliliyi və çevrilməni artırır. SEO xidmeti ile axtarış nəticələrinin ön sıralarında mövqelənmə, daha çox müştərinin markanı tanımasına və etibar etməsinə imkan verir. İstifadəçinin əsas ən çox diqqət mərkəzində saxladığı məhsulları vurğulayaraq, konversiyanı artırmaq məqsədi daşıyır.
Müntəzəm yoxlamalar: Edilən tənzimləmələrin bir sistem problemi və ya bir alqoritma yenilənməsi ilə pozulması mümkündür. Bu səbəbdən layihə, SEO xidməti göstərdiyimiz zaman mütəmadi olaraq müəyyən fasilələrlə görülən işlər yoxlanılır.
Data nəzarətləri: Açılış səhifələri, ən çox ziyarət edilən səhifələr, orqanik trafik artımı, yeni istifadəçi artımı kimi məlumatlar, aylıq və illik dövrlər üçün analiz edilir; Aylıq və ya mövsümi olaraq müqayisəli olaraq da araşdırılır.
İstifadəçi təhlili: SEO xidməti zamanı saytdakı istifadəçi davranışı optimizasiya ilə bağlı detallı məlumatlar verir. Bu səbəbdən də istifadəçi analizinə uyğun olaraq optimizasiyalar edilir.